Şəki rayonunda yanğın olub

Şəki rayonunda yanğın olub
# 30 mart 2012 06:37 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonunda yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Məlumatda bildirilir ki, yanğın hadisəsi Şəki rayonu Şəki kəndində Eldar Xalafova məxsus fərdi yaşayış evinə bitişik tikilmiş tövlədə qeydə alınıb. Hadisə yerinə Şəki YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının genişlənərək yaşayış evinə keçməsinin qarşısı alınıb. Baş vermiş yanğın nəticəsində tövlənin çardaq hissəsinin 30 kv/m sahəsi və 1,5 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb. Faktla bağlı Şəki YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR