İtaliyada soyuqdan ölənlərin sayı 36 nəfərə çatıb

İtaliyada soyuqdan ölənlərin sayı 36 nəfərə çatıb
# 08 fevral 2012 03:34 (UTC +04:00)
Bakı-APA. İtaliyada soyuqdan ölənlərin sayı 36 nəfərə çatıb.
APA-nın verdiyi xəbərə görə, son bir gün ərzində şiddətli soyuqlar səbəbindən 10 nəfər dünyasını dəyişib. Milanda mənfi 18 dərəcə, İtaliyanın şimalında yerləşən Savona əyalətində isə 21 dərəcə şaxta qeydə alınıb. Soyuqdan ölənlər əsasən evsizlər, sürücülər və yaşlı insanlardır.
Güclü qar yağması ilə bağlı ölkənin bir neçə əyalətinə elektrik təminatı kəsilib. İtaliya hökuməti ölkənin iflic vəziyyətə düşməsinin qarşısı almaq üçün tədbirlər görməyə hazırlaşır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR