MDB-nin Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi üzrə Dövlətlərarası Komissiyasının toplantısı keçiriləcək

MDB-nin Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi üzrə Dövlətlərarası Komissiyasının toplantısı keçiriləcək
# 21 may 2012 10:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 31-də Qazağıstanın paytaxtı Astanada MDB-nin Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi üzrə Dövlətlərarası Komissiyasının 13-cü toplantısı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. O bildirib ki, toplantıda Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmur: “Azərbaycan bu toplantıda məşvərətçi kimi iştirak edir və qurumun heç bir çərçivə layihələrinə imza atmayıb. Toplantıda tədqiqiat nüvə reaktorları ilə bağlı treninq mərkəzinin yaradılması və s. məsələlər müzakirə ediləcək”.

A. Qəribov iclasda Azərbaycan tərəfinin Ermənistandakı Metsamor AES-lə bağlı təklif verməyəcəyini də söyləyib: “Bu qurumun toplantısında Metsamor AES-lə əlaqədar məsələ qaldırmağa lüzum yoxdur. Çünki Rusiya Ermənistanın tərəfini saxlayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR