Azərbaycanda tibb bacısı iynə vurduğu xəstə öldüyünə görə intihar etmək istəyib

Azərbaycanda tibb bacısı iynə vurduğu xəstə öldüyünə görə intihar etmək istəyib
# 31 oktyabr 2012 08:56 (UTC +04:00)
Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, rayon xəstəxanasında tibb bacısı işləyən Nərgiz Məmmədova qonşusu İlqar Məmmədova ilkin tibbi yardım məqsədi ilə ağrıkəsici iynə vurub. Vurulan iynədən sonra İ. Məmmədovun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Bu hadisədən şoka düşən tibb bacısı intihar etmək istəyib. N. Məmmədova bu məqsədlə hər iki qolunun damarlarını kəsib. Təcilli xəstəxanaya çatdırılan N. Məmmədovanı xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR