Şimali İrlandiya – Azərbaycan matçının hakimləri müəyyənləşib

Şimali İrlandiya – Azərbaycan matçının hakimləri müəyyənləşib
# 31 oktyabr 2012 12:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya ilə noyabrın 14-də Belfastda keçiriləcək matçı Viktor Şvetsovun başçılıq etdiyi ukraynalı hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Mikola Levko, Oleq Plujnik və Anatoli Abdula olacaq.

Hakimlərin işinə UEFA-nın avstriyalı hakim-inspektoru Günter Benkö qiymət verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR