Tərtərdə ev yanıb

Tərtərdə ev yanıb
# 20 avqust 2012 10:42 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunun Mamırlı kəndində 4 otaqlı ev tamamilə yanaraq külə dönüb. APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, kənd sakini Natiq Aslanova məxsus ev gecə saatlarında alışıb, 150 kv. metr sahəsi olan ev tam yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Tərtər yanğından mühafizə dəstəsinin iki yanğınsöndürən avtomobili cəlb edilib. Yanğın zamanı evdə olan 5 ailə üzvündən heç biri xəsarət almayıb. Lakin ev bütün əşyaları ilə birgə tamamilə yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR