Nigar Yaqublunun hüquqlarının müdafiəsi komitəsinin yaradılmasına qərar verilib

Nigar Yaqublunun hüquqlarının müdafiəsi komitəsinin yaradılmasına qərar verilib
# 18 sentyabr 2012 14:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Gənclər Təşkilatı şurasının növbədənkənar və genişləndirilmiş toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda müzakirə mövzusu Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsi olub. Yığıncaqda N. Yaqublunun hüquqlarının müdafiəsi komitəsinin yaradılmasına dair qərar qəbul edib. Müdafiə komitəsi üzvlərinə N. Yaqublunun kimliyi, barəsində seçilən həbs-qətimkan tədbirinin motivləri barədə məlumat bankının hazırlanması və nüfuzlu beynəlxalq təşkilatlara göndərilməsi tapşırılıb.

Toplantıda sentyabrın 22-də 17 yaşlı qadınlar arasında dünya çempionatının keçirilməsi ilə əlaqədar FİFA, UEFA-ya və bu çempionatın açılışı münasibətilə Bakıya gələcək dünya şöhrətli müğənnilər - Şakira, Cenifer Lopez və Rihannaya və “Eurovision-2012” musiqi yarışması qalibi Lorenə N. Yaqublunun həbsi ilə bağlı müraciətlər göndəriləcəyi bildirilib.

Yığıncaqda N. Yaqublunun həbs olunmasına etiraz olaraq kütləvi aksiyaların keçirilməsinə dair ilkin müzakirələr də aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR