«Ümid» platformasından qazılmış ikinci quyu mənimsənilib

«Ümid» platformasından qazılmış ikinci quyu mənimsənilib
# 09 iyun 2012 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Ümid» platformasından qazılmış 10 saylı ikinci quyu perforasiya olunub və mənimsənilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, quyu 6 340-6 356 metr intervalında Balaxanı lay dəstəsinin VII horizontunun aşağı hissəsində işə salınıb. Quyunun gündəlik verimi 1,2 mln. kubmetr qaz və 150 ton kondensat təşkil edir: «Bu quyunun məlumatları «Ümid» yatağının böyük karbohidrogen ehtiyatlarına malik olduğunu bir daha əyani şəkildə sübut edib».

Qeyd edək ki, Azərbaycan «Ümid» yatağından çıxarılan qazın istifadəsinə bu ilin sentyabr ayından etibarən başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR