İstirahət günlərində Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir

İstirahət günlərində Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir
# 23 iyun 2012 09:57 (UTC +04:00)
Gündüz əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

İyunun 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR