“Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü”nə həsr olunmuş Beynəlxalq Gənclər Düşərgəsi yekunlaşıb

“Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü”nə həsr olunmuş  Beynəlxalq Gənclər Düşərgəsi yekunlaşıb
# 30 iyul 2012 07:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycan və MDB gənclərinin birgə iştirakı ilə Rusiyada keçirilən “Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü” düşərgəsi yekunlaşıb.

Düşərgənin son günündə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İRƏLİ” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının rəhbəri Xəqani Fərəcov, ARGTMŞ-nin sədr müavini Ramiz Əliyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalı Əjdər İbrahimovla təmsil olunun nümayəndə heyəti Rossotrudniçestvo (“Россотрудничество”), Rusiya Federasiyasının İctimai Palatası, Rusiya Menecerlər Assosiasiyası, Moskva Millətlər Evi və Rusiya Federasiyanın Mərkəzi vilayətdə Prezidentin şəxsi nümayəndəsi ilə görüşüblər.

Görüşlər zamanı hər iki ölkənin gənclər siyasəti haqqında məlumat verilib, gənclər haqqında qanunlar, gənclərlə bağlı proqramlar ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, MDB ölkələri arasında yeni əməkdaşlıq körpüsünün yaradılması gənclər sferasında qarşılıqlı əlaqələrin yaradılmasına müsbət töhfəsini verəcək.

Xatırladaq ki, “Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü”nə həsr olunmuş Beynəlxalq Gənclər Düşərgəsi çərçivəsində “Birlik” Beynəlxalq Gənclər Təşkilatının təsis konfransı keçirilib. Yeni yaranmış təşkilatın Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbəri Şahin Seyidzadə və “İRƏLİ” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının rəhbəri Xəqani Fərəcov İdarə Heyətinin, ARGTMŞ-nin sədr müavini Ramiz Əliyev isə Nəzarət - Təftiş Komissiyasının üzvü seçiliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR