«Xalq Bank» nizamnamə kapitalını artırır

«Xalq Bank» nizamnamə kapitalını artırır
# 16 mart 2012 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 46,58 manat, sayı 3 630 300 ədəd, emissiyanın ümumi həcmi isə 169 099 374 manat təşkil edir. Emissiya «Xalq Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 38,70 manat olan 3 630 300 min ədəd və 140 492 610 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 20,4% artaraq 169 099 374 manata çatacaq.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 715,214 mln. manat, depozit portfeli 418,422 mln. manat, kredit portfeli 452,343 mln. manat, məcmu kapitalı 173,254 mln. manat, o cümlədən nizamnamə kapitalı 140,493 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR