Masallıda yanğın hadisəsi baş verib

Masallıda yanğın hadisəsi baş verib
# 16 iyun 2012 07:48 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 15.00 radələrində rayonun Ərkivan qəsəbəsində, 1976-cı il təvəllüdlü Könül Barat qızı Şəfəqqətovaya məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və ona bitişik olan ümumi sahəsi 30 kv. m olan talvar 10 kv.m sahədə yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR