«CredAgro»nun mənfəəti kəskin artırıb

«CredAgro»nun mənfəəti kəskin artırıb
# 08 oktyabr 2012 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «CredAgro» bank olmayan kredit təşkilatının aktivlərinin həcmi 2012-ci il sentyabrın 1-nə 30,721 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,1% azdır.

Təşkilatın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 4,6% azalaraq 26,028 mln. manat, nizamnamə kapitalı isə sabit qalaraq 452,3 min manat təşkil edib.

Təhlil aparılan dövr ərzində təşkilatın ümumi gəlirləri 8,2% azalaraq 6,247 mln. manat, xərcləri 32% azalaraq 4,570 mln. manat olub. Nəticədə, qeyd olunan dövr ərzində təşkilatın mənfəəti 18 dəfə artaraq 1,676 mln. manata çatıb.

Bununla yanaşı, hesabat dövrünün sonuna «CredAgro»nun cəmi müştərilərinin sayı 20 383-ə, işçilərinin sayı 217-yə, filiallarının sayı isə 14-ə çatıb.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR