Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək

Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək
# 24 iyul 2012 13:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən iyulun 25-30-da Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası məqsədilə həyata keçirilir.

Yarmarka çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsi üzrə qalib olmuş qrant layihəsi üzrə “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” adlı Gənc alimlərin elmi konfransının (25-27 iyul tarixlərində) və gənc alimlər arasında Elmi-innovativ ideyalar müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Konfrans və müsabiqədə gənc alim və tədqiqatçılar elmi məruzə və təqdimatlarla çıxış edəcəklər.

Tədqiqatçıların çıxışları AMEA-nın həqiqi və müxbir üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Elmi-innovativ ideyalar müsabiqəsində 1, 2 və 3-cü yerləri tutan gənc tədqiqatçılara qiymətli hədiyyələr təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR