“Eurovision” mahnı müsabiqəsinin “EuroClub”unda hazırlıq işləri aparılır - FOTOSESSİYA

“Eurovision” mahnı müsabiqəsinin “EuroClub”unda hazırlıq işləri aparılır - <font color=red>FOTOSESSİYA</font>
# 04 aprel 2012 08:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsinin “EuroClub” adlanan məkanında hazırlıq işləri aparılır. APA-nın məlumatına görə, bu ünvan dənizkənarı Milli Parkın ərazisində yerləşən Əl Oyunları Sarayı olacaq. Sarayın önündə artıq “Eurovision-2012”ni xatırladan plakatlar asılıb. 2500 m2 sahəsi olan “EuroClub” mayın 13-də açılacaq. Müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall”dan 2,5 km məsafədə yerləşən "EuroClub"a giriş akkreditasiya ilə olacaq. Burada mayın 22-24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonra şənlik mərasimləri, DJ-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə dolu proqramlar təşkil ediləcək.

“EuroClub”u adət etdiyimiz disko klublardan fərqləndirən özəlliklər var. Bura həm də iştirakçı ölkələrin, təmsilçilərin tanıtım meydanıdır. Burada 40-dan çox ölkənin nümayəndə heyəti tanıtım xarakterli müxtəlif tədbirlər keçirəcək. Xüsusi tanıtım gecələrində həmin ölkənin milli adət-ənənələri, musiqisi, milli mətbəxi təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR