Kürdəmir sakini qohumu tərəfindən qətlə yetirilib

Kürdəmir sakini qohumu tərəfindən qətlə yetirilib
# 22 sentyabr 2012 07:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb. Kürdəmirdən Bakıya meyvə satmaq üçün gələn, 1958-ci il təvəllüdlü Cəfərov Cavanşir Ağaverdi oğlu qonaq qaldığı qohumunun evində, ev sahibi, 1982-ci il təvəllüdlü Hüseyn Nəci oğlu Zeynalov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.

Qətli törədən H. Zeynalov artıq polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR