Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
Ümumi və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | ||
Ana dili | Rus dili | Riyaziyyat | |
2 | 0-4 | 0-4 | 0-4 |
3 | 5-16 | 5-16 | 5-15 |
4 | 17-25 | 17-24 | 16-25 |
5 | 26-30 | 25-30 | 26-30 |
Komissiyası iyunun 13-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatları da açıqlayıb.
11 (Tam orta təhsil)
|
|
|
|
|
|
| Ana dili |
|
|
| Riyaziyyat |
| qiymət | şagird sayı |
| qiymət | şagird sayı |
| [ 2 ] | 466 |
| [ 2 ] | 1121 |
| [ 3 ] | 6367 |
| [ 3 ] | 6378 |
| [ 4 ] | 2761 |
| [ 4 ] | 2455 |
| [ 5 ] | 1513 |
| [ 5 ] | 1153 |
| Cəmi | 11107 |
| Cəmi | 11107 |
11 illik tam orta təhsil bazası üzrə buraxılış imtahanlarında iştirak etmiş 11107 şagirddən 1513 nəfər “Ana dili” fənni üzrə, 1153 nəfər isə “Riyaziyyat” fənni üzrə “5” qiymət alıb. İmtahana qatılan məzunlardan 466 nəfər Azərbaycan dili, 1121 nəfər “Riyaziyyat” fənni üzrə ən aşağı qiymət – 2 alıb. Hər iki fənn üzrə “3” qiymət alanların sayı 50 faizdən çoxdur. “Ana dili” fənni üzrə 6367, “Riyaziyyat” fənni üzrə isə 6378 nəfər “3” qiymət alıb.
IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | ||
Ana dili | Ana dili | Riyaziyyat | |
2 | 0-4 | 0-4 | 0-4 |
3 | 5-14 | 5-14 | 5-14 |
4 | 15-23 | 15-22 | 15-21 |
5 | 24-30 | 23-30 | 22-30 |
İyunun 13-də keçirilən ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələrinə dair statistik məlumat
9 (Ümumi orta təhsil)
|
|
|
|
|
|
| Ana dili |
|
|
| Riyaziyyat |
| qiymət | şagird sayı |
| Qiymət | şagird sayı |
| [ 2 ] | 1742 |
| [ 2 ] | 2725 |
| [ 3 ] | 11003 |
| [ 3 ] | 10508 |
| [ 4 ] | 2582 |
| [ 4 ] | 1695 |
| [ 5 ] | 633 |
| [ 5 ] | 1032 |
| Cəmi | 15960 |
| Cəmi | 15960 |
Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanlarında iştirak etmiş 15690 şagirddən 11003 nəfər “Ana dili”, 10508 nəfər “Riyaziyyat” fənni üzrə “3” qiymət alıb. İmtahanlarda bilikləri “kafi” qiymətləndirilən şagirdlərin sayı təxminən 70 faiz təşkil edib.