Bakıda Azərbaycan-Şimali Reyn-Vestfaliya biznes-forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Şimali Reyn-Vestfaliya biznes-forumu keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 iyul 2012 10:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycan və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti sahibkarlarının iştirakı ilə biznes-forum keçirilib.

APA-Economics”in xəbərinə görə, Alman Azərbaycan Biznes Assosiasiyası (DAWF) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək və Azərbaycanın biznes imkanları ilə tanış olmaq üçün alman sahibkarlarından və iri şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti ölkəmizdə iyulun 1-dən 5-dək səfərdə olacaq. Şimali Reyn-Vestfaliya vilayətinin 10-dək iri şirkəti tikinti, nanotexnologiyalar, maşınqayırma, çap işi, ölçü və nəzarət texnologiyaları, kənd təsərrüfatı və biznesə dəstək sektorlarını təmsil edir.

Forumda “Azpromo”nun vitse-prezidenti Gülşən Rzayeva bildirib ki, Azərbaycan ölkədə fəaliyyət göstərən şirkətlərin sayının artmasında və alman biznesinin genişlənməsində maraqlıdır: «Öz növbəsində “Azpromo” bu sahədə alman şirkətlərinə və iş adamlarına bütün lazımi dəstəyi göstərməyə hazırdır».

Almaniya nümayəndə heyətinin rəhbəri, Dortmund Ticarət Sənaye Palatasının rəhbəri Volf-Kristian Erix isə bildirib ki, DAWF-ın uğurlu fəaliyyəti iki ölkə arasında ticarət iqtisadi əlaqələrə müsbət təsir edib.

Ümumilikdə biznes-forumda 80-dək yerli və xarici iş adamı və şirkət nümayəndələri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR