«British Airways» London-Bakı aviareysi üzrə uçuşlar yerinə yetirəcək

«British Airways» London-Bakı aviareysi üzrə uçuşlar yerinə yetirəcək
# 20 iyul 2012 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonundan etibarən Böyük Britaniyanın “British Airways” aviaşirkəti London-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayacaq.

“British Midland International” aviaşirkətindən (BMI) “APA-Economics”ə verilən məlumata görə, “British Airways” BMI şirkətini öz biznes strukturuna birləşdirməkdə davam edir: «Beləliklə, 2012-ci ilin qışından etibarən Bakı-London aviareysi «British Airways»ın marşrut şəbəkəsinə daxil ediləcək. Uçuşlar BMI aviaşirkətinin keçmiş marşrutu ilə, həftədə 7 dəfə «Airbus 321» təyyarəsi vasitəsilə həyata keçiriləcək. Aviareysi «British Airways» şirkətinin hava ekipajı idarə edəcək, bu isə yüksək səviyyəli xidmətə zəmanət deməkdir».

«British Airways» həmçinin oktyabrın 28-dən etibarən BMI aviaşirkətinin Əmman, Almatı, Beyrut və Fritaun şəhərlərinə keçmiş reysləri üzrə qış cədvəlini elan edəcək. Bununla yanaşı, oktyabrın 13-dən «British Airways»ın marşrut şəbəkəsinə Tbilisi şəhərinə birbaşa aviareys əlavə olunacaq. Bütün uçuşlar «British Airways» aviaşirkətinin heyəti tərəfindən həyata keçiriləcək.

Eyni zamanda şirkət 7 yeni aviareysin uçuş cədvəlinə qatıldığını bəyan edib. Hitrou hava limanından Seul, Alikante, Lids Bredford, Rotterdam və Zaqreb şəhərlərinə, Qetvikdən isə Las-Veqas və Barselona şəhərlərinə hava yolu açılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR