Tayyib Ərdoğan: “İran Baş Qərargah rəisinin Suriyadakı qanlı hadisələrin məsuliyyətini Türkiyənin üzərinə atması təəssüf doğurur”

Tayyib Ərdoğan: “İran Baş Qərargah rəisinin Suriyadakı qanlı hadisələrin məsuliyyətini Türkiyənin üzərinə atması təəssüf doğurur”
# 07 avqust 2012 23:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Bəzi qonşu ölkələrin, xüsusilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadinin Suriyadakı qanlı hadisələrin məsuliyyətini Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin üzərinə atması barədə açıqlaması düşündürücüdür və təəssüf doğurur”. APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, İran dünyadan təcrid edildiyi halda, Türkiyə heç nəyə baxmayaraq onu dəstəkləyib: “Türkiyə İranı nüvə proqramı məsələsində sonadək müdafiə edən ölkə oldu. Görəsən, təxminən 25 minə yaxın öz vətəndaşını qətlə yetirən Suriya iqtidarını müdafiə etməyin bizim dəyərlərimizdə və inancımızda yeri varmı? Bu sualı mən İran rəsmilərindən soruşmuşdum. Yenə də soruşuram. Hazırda 300 minə yaxın suriyalı müsəlman ölkəsini tərk edib İordaniyaya, Livana, Türkiyəyə qaçırsa, İran bunun hesabını Suriya rəhbərliyindən soruşmalı deyil?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR