Azərbaycanda problemli kreditlərin həcmi 27% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 27% artıb
# 23 aprel 2012 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin martın 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 10,2 mlrd. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 10,9% çox kredit vəsaitləri yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 33,3%-i dövlət, 64,1%-i özəl banklar, 2,6%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib: «Verilmiş kreditlərin 70%-ni uzunmüddətli kreditlər təşkil edib, 6,4%-nin isə ödənilmə vaxtı keçib».

Ötən ilin analoji dövrünə nisbətən qısamüddətli kreditlərin həcmi 24% artaraq 3,1 mlrd. manat, uzunmüddətli kreditlərin həcmi 7,6% artaraq 6,6 mlrd. manat, vaxtı keçmiş kreditlərin həcmi isə 27,4% artaraq 648,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR