Azərbaycan Gürcüstan ərazisində qaz xətti inşa edəcək

Azərbaycan Gürcüstan ərazisində qaz xətti inşa edəcək
# 19 may 2012 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Neftqaztikinti» Tresti «Gürcüstan Neft və Qaz Korporasiyası» tərəfindən cari ilin yanvar ayında «Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi» layihəsi üzrə elan edilmiş tenderin qalibi olub.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, qaz xəttinin keçəcəyi ərazidə Noqela və Texura çay keçidləri, əsas kanal və magistral yol keçidləri mövcuddur. Qaz xəttinin üzərində 3 siyirtmə qovşağı tikiləcək. Eyni zamanda qaz xəttinin elektrokimyəvi mühafizə işlərinin aparılması da nəzərdə tutulub.
Qeyd edək ki, «Neftqaztikinti»Trestinin Gürcüstandakı nümayəndəliyi 2006-cı ildən fəaliyyət göstərir və qonşu ölkənin ərazisində neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur. Nümayəndəlik 2011-ci ildə «SOCAR Georgia Gas» MMC-nin sifarişi ilə Gürcüstanda Marneuli rayonunun Alqeti, Təzəkənd və Didi Muqanlo kəndlərinə, Duşeti şəhəri və yaxınlıqda yerləşən kəndlərə orta təzyiqli qaz xətlərinin tikintisi layihələrini icra edib. Hazırda Trest Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları Marneuli rayonunun Keşalo kəndinin qazlaşdırılması işlərini həyat keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR