Misir Mərdanov: “Hələlik Azərbaycanda bu ilin yekunlarına görə heç kəsə qızıl və gümüş medal verilməyib”

Misir Mərdanov: “Hələlik Azərbaycanda bu ilin yekunlarına görə heç kəsə qızıl və gümüş medal verilməyib”
# 29 iyun 2012 09:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Bütün buraxılış imtahanları qurtardıqdan, nəticələr Təhsil Nazirliyinə gəldikdən sonra bununla bağlı qərar qəbul ediləcək”. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: “Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il dəyişiiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib”.

Nazir bildirib ki, orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur: “Bakı şəhəri üzrə attestatlar verilib. TQDK-dan qiymətlər haqqında məlumatlar aldıqca attestatları verəcəyik. Burada heç bir problem yaranmayacaq. Bir gün ərzində bütün attestatları verə bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR