Azərbaycanın xarici işlər naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib - <font color=red>FOTO</font>
# 11 oktyabr 2012 15:15 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı ölkədə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov F. Akçuraya Azərbaycan və BMT arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi üçün öz təşəkkürünü bildirib.

F. Akçura Azərbaycanda fəaliyyətindən məmnun olduğunu söyləyərək ölkədə davamlı iqtisadi-sosial inkişafın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR