ASAIF Türkiyənin Londondakı səfirlik və konsulluqlarında görüşlər keçirib - FOTO

ASAIF Türkiyənin Londondakı səfirlik və konsulluqlarında görüşlər keçirib - <font color=red>FOTO</font>
# 22 oktyabr 2012 08:03 (UTC +04:00)
Bakı-APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – (ASAIF) sədri Ramin Həkimov Londonda təsis olunan və Türk tələbələr təşkilatı olan Network of Students (NOS) tərəfindən Türkiyənin Böyük Britaniyadakı səfirliyində səfirin müavinləri Ferid Orçun Başaran, Serkan Kıramanlıoğlu və enerji məsələləri üzrə ekspert – səfirin müavini Zeynep Erşahin Aşık ilə təşkil olunan görüşlərdə iştirak edib. ASAİF-dən APA-ya verilən məlumata görə, daha sonra Türkiyənin Londondakı konsulluğunda təşkil olunan görüşdə Baş Konsul Ahmet Demirok və vitse-konsul Barış Elmenerlə görüşlər keçirilib.

Keçirilən görüşlərdə ASAIF və onun fəaliyyəti, gördüyü işlər, NOS ilə birlikdə əməşdaşlığın və birgə keçiriləcək olan layihələrin Azərbaycan və Türkiyə Respublikalarının Londondakı səfirlik və konsulluqlarının bu layihələrə verə biləcəkləri dəstəklər və bir çox digər məsələlələr müzakirə olunub.

Görüşdə Ramin Həkimov Azərbaycanlı tələbələrin Türkiyənin Londondakı səfirlik və konsulluğunda intern-təcrübə keçməsi məsələlərini də dilə gətirərək belə bir təşəbbüsün reallaşmasının çox önəmli və hər iki tərəf üçün faydalı olacağını bildirib. Cavabında Baş Konsul Ahmet Demirok isə belə bir təklifin ilk dəfədir ki səsləndiyini və təşəbbüsün həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəklərini deyib.

Görüşlər zamanı Ramin Həkimova NOS-un idarə heyyətində təmsil olunması təklifi verildi və nəticə olaraq ASAIF-in sədri təşkilatın idarə heyyətinə daxil edilib.

Xatırladaq ki bu ilin may ayında NOS-un təşkilatçılığı İstanbul və Ankarada olmaqla baş tutan 6 günluk tədbirlərdə Türkiyə Respublikasının bir çox dövlət adamı, millət vəkilləri, nazirləri və baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşlər keçirilib və bu görüşlərdə ASAIF-i Ramin Həkimov təmsil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR