Ramil Səfərovun yenidən mühakimə olunması üçün başlanan kampaniyaya Macarıstanın Türkiyədəki səfirliyi cavab verib – FOTO

Ramil Səfərovun yenidən mühakimə olunması üçün başlanan kampaniyaya Macarıstanın Türkiyədəki səfirliyi cavab verib – <font color=red>FOTO </font>
# 13 avqust 2012 12:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyi (ASİMDER) tərəfindən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun yenidən mühakimə olunması üçün başlanmış imzatoplama kampaniyasına Macarıstanın Türkiyədəki səfirliyindən cavab məktubu ünvanlanıb. Bu barədə APA-ya ASİMDER-in mətbuat xidmətindən məlumat verilib.

ASİMDER sədri Göksəl Gülbəy bununla bağlı imzatoplama kampaniyasında toplanmış 2500 imzanı Macarıstanın Türkiyədəki səfirliyinə təqdim etdiklərini deyib: «İğdırda start verdiyimiz, Türkiyədə, Avropada, Azərbaycan və Rusiyada keçirilmiş imzatoplama kampaniyasında məqsəd Macarıstanda ömürlük həbsə məhkum olunmuş baş-leytenant Ramil Səfərovun qalan cəzasını Azərbaycanda çəkməsidir».

G. Gülbəy səfirliyin məktubunda R. Səfərov üçün toplanılan imzaların və məktubun macar dilinə tərcüməsinin Macarıstanın müvafiq qurumlarına göndərildiyi bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR