Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin səlahiyyət müddəti başa çatır

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin səlahiyyət müddəti başa çatır
# 06 iyun 2012 08:17 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos Azərbaycandakı missiyasını başa vurur. APA-nın xəbərinə görə, AŞ-nin Bakı ofisində bu informasiya təsdiqlənməsə də, K. Yerokostopulosun iyul ayında təqaüdə çıxacağı və Azərbaycanı tərk edəcəyi gözlənilir. Yaxın həftələrdə Avropa Şurasında baş katibin Azərbaycandakı xüsusi nümayəndəsi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsinə başlanacaq.

Xatırladaq ki, K. Yerokostopulos 2011-ci ilin fevralında Azərbaycanda xüsusi nümayəndə təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR