Gələn ay «AtaBank»ın səhmdarlarının iclası keçiriləcək

Gələn ay «AtaBank»ın səhmdarlarının iclası keçiriləcək
# 03 may 2012 14:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyun ayının 27-də Azərbaycanın «AtaBank» ASC-nin səhmdarlarının 2011-ci ilin yekunlarına həsr olunmuş növbəti ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın İdarə Heyəti və Müşahidə Şurasının hesabatı, 2011-ci il üzrə kənar auditor tərəfindən təsdiqlənmiş audit hesabatının təsdiqi, xalis mənfəət hesabına ehtiyatların yaradılması, dividentlərin ödənilməsi, həmçinin nizamnamə kapitalının artırılması və digər məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR