Qırğızıstanın keçmiş prezidenti Şəkidə olub

Qırğızıstanın keçmiş prezidenti Şəkidə olub
# 04 oktyabr 2012 07:56 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Qırğızıstan Respublikasının keçmiş prezidenti Roza Otunbayeva Şəkidə olub. Şəki şəhər İcra Hakimiyyətindən (İH) APA-nın yerli bürosuna verilən məlumata görə, Roza Otunbayevanın Şəki ilə ilk tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Kiş alban məbədi ilə tanışlıqdan sonra Roza Otunbayeva Şərq memarlığının nadir incisi hesab edilən Şəki xanlarının sarayına baş çəkib. Qonaq sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr edib. R. Otunbayeva sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarlarına xüsusi maraq göstərib. Daha sonra qonaq XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub. Şəki şəhər İH-nin rəhbərliyi R. Otunbayevaya Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR