Dövlət Kino-Foto Sənədləri Arxivinə Rabitə və İnformasiya Nazirliyinin fəaliyyətini əks etdirən sənəd daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə Rabitə və İnformasiya Nazirliyinin fəaliyyətini əks etdirən sənəd daxil olub
# 17 oktyabr 2012 12:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə Rabitə və İnformasiya Nazirliyinin və onun təsisatlarının fəaliyyətini əks etdirən 26 saxlanma vahidi fotosənəd daxil olub. Bu barədə APA-ya Milli Arxiv İdarəsindən bildirilib. Sənədlərdə rabitə sahəsində dövlət siyasəti, proqram və layihələrin həyata keçirilməsi prosesləri əks olunub. Hazırda fotosənədlərin müfəssəl məzmunu hazırlanır və arxiv fonduna qəbul üçün rəsmiləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR