Lənkəranda ağır atletika üzrə Avropa çempionatı keçirilir

Lənkəranda ağır atletika üzrə Avropa çempionatı keçirilir
# 02 iyun 2012 14:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi, Ağır Atletika Federasiyası, Veteran Atletlər İctimai Birliyi və Avropa Usta Ağır Atletika Komitəsinin birgə təşkilatçılığı bu gün Lənkəran Olimpiya İdman Kompleksində kişi usta ağır atletlər arasında XXII, qadınlar arasında isə XX Avropa çempionatına start verilib.

APA-nın Cənub Bürosunun məlumatına görə, yarışlara 25 Avropa ölkəsindən 35-80 yaş arası 250 idmançı qatılıb ki, onlardan da 25 nəfəri qadındır. Yarışlarda Rusiya ən böyük heyətlə - 79 nəfərlik idmançı ilə təmsil olunub. Azərbaycan isə yarışlara 39 nəfərlik heyətlə qatılıb.

Qeyd edək ki, 2010-cu il mayın 15-22-də Linç şəhərində (Avstriya) 33 ölkədən 641 atletin iştirakı ilə usta ağır atletlər arasında XX Avropa çempionatı keçirilib. Avropa çempionatı ərəfəsində (mayın 19-da) 32 dövlətin iştirakı ilə keçirilən konqresdə 2012-ci ildə XXII Avropa çempionatının Azərbaycanın Lənkəran şəhərində keçirilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR