Fəvvarələr meydanında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə müraciət ediləcək

Fəvvarələr meydanında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə müraciət ediləcək
# 12 oktyabr 2012 12:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Paytaxtın Fəvvarələr meydanında keçirilməsi nəzərdə tutulan aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.

Aksiyanın təşkilatçılarından olan, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov APA-ya bildirib ki, aksiya ilə bağlı paytaxt meriyasına məlumat xarakterli məktub göndəriləcək. N. Ədilov qeyd edib ki, aksiyada təşkilatçıları ictimai təşkilatlar, bloqerlər və ictimai-siyasi baxımdan aktiv gənclər iştirak edəcək: “Aksiyanın təşkilatçıları da adıçəkilən istiqamət üzrə fəaliyyət göstərən gənclərdir”.

N. Ədilov bildirib ki, şəhər rəhbərliyi razılıq verməsə belə, təşkilatçılar aksiyanın keçirilməsində israrlıdırlar.

Qeyd edək ki, aksiyada Milli Məclisə yenidən seçkilərin keçirilməsi tələb olunacaq.

Aksiya oktyabrın 20-də saat 15.00-da Fəvvarələr meydanına təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR