Maliyyə Nazirliyi: Beynəlxalq Sığorta Şirkətinə icbari sığorta növləri üzrə icazənin verilməməsi yeni lisenziyanın alınması prosesi ilə bağlıdır

Maliyyə Nazirliyi: Beynəlxalq Sığorta Şirkətinə icbari sığorta növləri üzrə icazənin verilməməsi yeni lisenziyanın alınması prosesi ilə bağlıdır
# 05 iyul 2012 07:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyə Nazirliyi Beynəlxalq Sığorta Şirkətinə icbari sığorta növləri üzrə fəaliyyət üçün icazənin verilməməsi məsələsinə aydınlıq gətirib.

Maliyyə nazirinin müavini Azər Bayramovun «APA-Economics»ə verdiyi məlumata görə, Beynəlxalq Sığorta Şirkəti hələ də İcbari Sığorta Bürosuna üzv olmayıb. Şirkətin Büroya üzvlüyünü ləngidən əsas səbəblərdən biri isə Beynəlxalq Sığorta Şirkətinin hazırkı lisenziyasının müddətinin başa çatması ilə bağlıdır.

A.Bayramov bildirib ki, şirkətin lisenziyasının müddətinin uzadılması ilə bağlı müraciət təqdim edildikdən və bu müraciətə müsbət cavab verildikdən sonra Büroya üzvlük məsələsi tezləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR