TürkPA BMT Baş Assambleyasında müşahidəçi statusu alacaq

TürkPA BMT Baş Assambleyasında müşahidəçi statusu alacaq
# 22 iyun 2012 10:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.

Bununla bağlı TürkPA-ya üzv ölkələrin BMT-dəki səfirlərinin müvafiq işlər apardığını deyən R. Həsənovun sözlərinə görə, BMT Baş Assambleyasında müşahidəçi statusu almağın qurumun beynəlxalq fəaliyyətində mühüm rol oynayacaq.

R. Həsənov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TürkKON) dövlət başçılarının Bişkekdə keçirilməsi planlaşdırılan sammitində TürkPA və TürkKON arasında əməkdaşlıq barədə sazişinin imzalanacağını söyləyib.

R. Həsənov TürkPA-nın cari ilin ilk yarısında fəaliyyəti barədə hesabat verərək deyib ki, bu müddət ərzində ATƏT PA-nın, MDB PA-nın, Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlıq Təşkilatı PA-nın, Avropa Parlamentinin və digər beynəlxalq qurumların həlledici tədbirlərində və layihələrində yaxından iştirak edilib.

Fevral ayında ATƏT PA-nın sessiyası çərçivəsində qurumun nümayəndələri ilə TürkPA nümayəndələri arasında danışıqlar aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR