Azərbaycanda avtomobil çaya düşüb, bir nəfər ölüb, dörd nəfər yaralanıb

Azərbaycanda avtomobil çaya düşüb, bir nəfər ölüb, dörd nəfər yaralanıb
# 30 avqust 2012 06:46 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xızı rayonunun Giləzi kəndi ərazisində vətəndaşa məxsus “Opel” markalı minik avtomobili idarəetməni itirərək Giləzi çayına düşüb.

Hadisə yerinə cəlb olunmuş FHN-in xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, sürücü Hacıyev Sahib Hüseyn oğlu hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişin isə xəsarət alıb.

Sürücünün meyiti və yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR