Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib-FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib-<font color=red>FOTO</font>
# 11 iyun 2012 20:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, L. Əliyeva BMT-nin Cenevrə bölməsində baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru Qasımcomərd Tokayevlə görüşüb.

Görüşdə L. Əliyeva Azərbaycanda son illər görülən işlərdən danışıb, həmçinin ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisinin həyata keçirdiyi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra L. Əliyeva BMT-nin Cenevrə ofisi ilə tanış olub, burda ölkəmiz tərəfindən bərpa olunmuş, milli incəsənət nümunələri ilə bəzədilmiş “Azərbaycan otağı”na baş çəkib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Millətlər Liqasının arxivində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)1920-ci ildə buraxılmış xəritəsi, 1920-ci ilin axırlarında AXC-nin Millətlər Liqasına üzvlüyə qəbul edilməsi barədə sənədin layihəsi və ilk cümhuriyyətimizlə Millətlər Liqasının qarşılıqlı münasibətlərinin tarixini əks etdirən başqa eksponatlarla tanış olub.

L. Əliyeva UNİCEF-in Cenevrə ofisində təşkilatın regional direktorunun müavini Kirsi Madi ilə də görüşüb. UNİCEF-in nümayəndəsi bakı təəssüratlarından danışıb, bu yaxınlarda Azərbaycan paytaxtında keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin böyük uğurla başa çatdığını bildirib. K.Madi UNİCEF-in Cenevrə ofisi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Leyla Əliyeva isə Fondun fəaliyyəti, xüsusən gənclərin cəmiyyətin fəal həyatına cəlb edilməsi sahəsində görülən işlərdən, əlil uşaqlara göstərilən diqqətdən danışıb.

Daha sonra L. Əliyeva UNEP-in direktoru vəzifəsini icra edən və Avropa üzrə regional nümayəndə Yan Dusiklə görüşüb. Görüşdə Xəzər dənizinin ekoloji aspektləri, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual məsələləri müzakirə edilib. Qeyd olunub ki, bu layihə UNEP-in Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır. Bundan əlavə, ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işi aparılması məsələləri də nəzərdən keçirilib.

Görüşdə Cenevrədə IDEA və UNEP-in birgə konfransının keçirilməsi məsələsi də müzakirə olunub.

Leyla Əliyeva Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə, o cümlədən ekologiya mövzusunda beynəlxalq uşaq fotomüsabiqəsi keçirilməsinə dair IDEA və National Geograpic-in fotoqrafı Reza Diqqətinin birgə layihəsi barədə məlumat verib.

O, Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı barədə də danışıb. Ceyranların çoxaldılması və onların təbiətə buraxılması həmin proqramın tərkib hissəsidir.

L. Əliyeva bildirib ki, iki həftə bundan əvvəl IDEA ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün 20-dən çox ölkədən rəssamları dəvət edib. Bu müsabiqənin ceyranların qorunmasına diqqət cəlb etmək məqsədi daşıdğı da vurğulanıb.

L. Əliyeva IDEA-nın layihələrindən birinin də 300 min ting əkmək olduğunu qeyd edib.

L. Əliyeva qeyd edib ki, Moskva, Moldova, Gürcüstan və Litvada IDEA-nın nümayəndəliklərinin açılması planlaşdırılıb. O. bu il mayın sonunda Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Cənubi Qafqazda ilk dəfə tələbələr üçün ekoloji resurs mərkəzinin açıldığını da vurğulayıb.

Yan Dusik UNEP-in su ehtiyatları və dağlarla əlaqədar layihələri barədə məlumat verib. Onun sözlərinə görə, Karpat Konvensiyasının hazırda Vyanada fəaliyyət göstərən Katibliyi öz layihələrini Qafqaz dağlarına da şamil etmək niyyətindədir.

UNEP nümayəndəsi Bakıda açılmış ekoloji resurs mərkəzinə tədris proqramı ilə bağlı kömək təklif edib.

L. Əliyevanın Cenevrəyə səfəri başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR