Habil Əliyevin 85 illik yubiley tədbiri təxirə salınıb

Habil Əliyevin 85 illik yubiley tədbiri təxirə salınıb
# 11 iyun 2012 12:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu ilin mayında görkəmli kamança ustası, “Şöhrət” və “İstiqlal” ordenli xalq artisti Habil Əliyev anadan olmasının 85 ili tamam olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə kaman ifaçısının 85 illik yubileyi iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında keçirilməli idi. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, ustad sənətkarın özünün xahişini nəzərə alaraq nazirlik tərəfindən keçirilməsi planlaşdırılan yubiley tədbirinin vaxtı dəyişdirilib. Mərasimin payız aylarında sənətkarın özü ilə razılaşdırılmış şəkildə keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR