31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sərgi açılıb - FOTOSESSİYA

31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sərgi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2012 13:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Vəcihə Səmədova adına Sərgi Salonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sərginin açılışı olub. APA-nın məlumatına görə, sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycan rəssamlarının öz əsərlərində bu mövzuya müraciət etmələri xalqımızın yaddaşına qara hərflərlə yazılan tarixi bir daha gündəmə gətirir: “İnanıram ki, gələcəkdə bu cür sərgilər davamlı şəkildə təşkil olunacaq”.

Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycan rəssamlarının soyqırım mövzusuna həsr olunan 130-a yaxın əsəri nümayiş etdirilib.

Sərgidə həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fevral ayında keçirilən, Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunan “Unudulmayan tarix” adlı respublika sərgi-müsabiqəsinin nəticələri də açıqlanıb. Nəticələrə görə 29 əl işi mükafatlandırılıb. Sərgi-müsabiqəyə təqdim olunan və münsiflər heyəti tərəfindən seçilən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəlliflərinə nazirliyin pul mükafatları təqdim olunub.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR