Azərbaycanda müddətli bank əmanətlərinin həcmi son bir ildə 25% artıb

Azərbaycanda müddətli bank əmanətlərinin həcmi son bir ildə 25% artıb
# 03 iyul 2012 14:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş müddətli əmanətlərin ümumi həcmi 2012-ci il mayın 1-nə 3,412 mlrd. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin mayın 1-nə nisbətən 684,4 mln. manat və ya 25,1% artıb. O cümlədən, bu ilin 4 ayı ərzində artım 132 mln. manat və ya 4,2%-ə bərabər olub.

Müddətli əmanətlərin 50,7%-i manatla qoyulan əmanətlərin payına düşüb. Bu göstərici ötən ilin mayın 1-də yalnız 41,3%, 2012-ci ilin əvvəlində isə artıq 51% olub. Beləliklə, 2011-ci ildə əmanətlərin strukturunda manatın xüsusi çəkisi artıb və nəticədə, manat əmanətlərinin həcmi xarici valyutada olan əmanətlərin həcmindən üstündür.

Əhalinin bank yığımlarında manata etibarlılığının artması manatın əsas yığım valyutası olan ABŞ dollarına qarşı ötən il ərzində möhkəmlənməsi və bu prosesin bu il də davam etməsi ilə balıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR