Tarkan avqustda Qəbələdə konsert verəcək

Tarkan avqustda Qəbələdə konsert verəcək
# 16 iyul 2012 11:46 (UTC +04:00)
Bu dəfə sənətçi paytaxtda deyil, Qəbələdə çoxsaylı pərəstişkarlarının qarşısına çıxacaq. Tarkanın Qəbələdəki konsertini təşkil edən “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya açıqlamasında bildirib ki, meqa-star avqustun sonuncu dekadasında Qəbələdə çıxış edəcək. Təşkilatçı artıq bununla bağlı müvafiq danışıqların aparıldığını və hazırda konsertin proqramının hazırlandığını deyib.

Təşkilatçı müğənninin menecerinin daha bir məsələyə münasibətini açıqlayıb: “Bu günlərdə Azərbaycanda yeni bir müğənni, Mila Tarkanla işbirliyində olduğunu və artıq bununla bağlı danışıqların baş tutduğu dedi. Tarkanın meneceri ilə söhbətimiz zamanı, o belə bir əməkdaşlığın nəzərdə tutulmadığını, ümumiyyətlə onların belə bir məsələdən xəbərləri olmadığını açıqladı. Bu cür yanlış informasiyalarla gündəmə gəlmək və tamaşaçıları aldatmaq çox səhv bir yoldur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR