Azərbaycanda məhkum qadınlar üçün kompüter kursları açılacaq
03 noyabr 2012 07:17 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində kompüter kursları açılacaq. APA-nın xəbərinə görə, bu kurslar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsi ilə birgə tərtib olunmuş tədbirlər planına əsasən həyata keçiriləcək.
Bu proseslər məhkum qadınların problemlərinin həllinə və onların cəmiyyətə adaptasiyasına yönəlib. Bundan əlavə, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı məhbus qadınlar arasında məşğulluğun inkişaf etdirilməsi məqsədi ilə cəzaçəkmə müəssisələrindən buraxılacaq qadınların işlə təmin edilməsi istiqamətində tədbirin keçirilməsi nəzərdə tutulub.

Sosial
Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər
10:53
5 may 2024
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA
09:25
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024