Azərbaycanın İtaliyadakı səfiri Emiliya-Romanya regionunun Bolonya şəhərinə işgüzar səfər edib

Azərbaycanın İtaliyadakı səfiri Emiliya-Romanya regionunun Bolonya şəhərinə işgüzar səfər edib
# 03 aprel 2012 21:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov sosial-iqtisadi qüdrətinə görə İtaliyanın aparıcı bölgələrindən biri olan Emiliya-Romanya regionunun Bolonya şəhərinə işgüzar səfər edib.
Səfirlikdən APA-ya verilən məlumata görə, səfərin başlıca məqsədi Emiliya-Romanya regionunun yerli hakimiyyət orqanları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsindən ibarət olub.
Səfər zamanı, Sadıqov ilk əvvəl, Bolonyanın Sənayeçilər İttifaqında təşkil edilən Azərbaycanda biznes və investisiya imkanlarına həsr olunmuş seminarda iştirak edib. İttifaqın vitse-prezidenti Marko Qalliani seminarda açılış nitqi ilə çıxış edib. r V.Sadıqov regionun işgüzar dairələri üçün nəzərdə tutulan, 30-dan artıq iş adamı və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycana haqqında dolğun təqdimat ilə çıxış edib. O, regionun və Bolonya şəhərinin iqtisadi potensialının təhlil edildiyini və Azərbaycan ilə Bolonyanın müqayisəli üstünlüklərə malik olduğu sahələrdə əməkdaşlığın yaradılması və dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulanıb. Bununla əlaqədar, Azərbaycan ilə region arasında ticarət əlaqələri ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu imkanları seminar zamanı müzakirə olunub. Seminar iştirakçıları olan iş adamları və jurnalistlərin çoxsaylı suallarına cavab verilib.

Seminarın nəticəsi olaraq, Bolonyanın işgüzar dairələrinin Azərbaycana olan marağını nəzərə alaraq, regionun iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil edilməsinə və iki tərəfin işgüzar qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə edilib.

Səfir Sadıqov Bolonya ətrafındakı İmola sənaye şəhərciyində yerləşən və Azərbaycan ilə əməkdaşlığa maraq göstərən bir neçə şirkətin iqamətgahına səfər etmiş və şirkətlərin rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Səfər zamanı, Sadıqov Bolonya şəhərinin vitse-meri Silvia Cannini ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, regionun iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkili və digər məsələlər ətrafında fikir mübadilələri aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR