Serbiya şirkəti Azərbaycanda tərəfdaş axtarır

Serbiya şirkəti Azərbaycanda tərəfdaş axtarır
# 03 avqust 2012 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hidravlik və pnevmatik silindrlərin istehsalı üzrə ixtisaslaşmış Serbiyanın «DVA-D-Production DOO» şirkəti Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, hidravlik və pnevmatik silindrlərin istehsalı üzrə ixtisaslaşmış sözügedən şirkət öz məhsullarının Azərbaycan bazarında satışını təmin etmək üçün yerli tərəfdaş tapmaq marağındadır. Bu şirkətlə əməkdaşlıq etmək istəyənlər Azpromo-ya müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 598-01-47/48.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR