Eurovision-2012 mahnı müsabiqəsində nümayəndə heyətləri, media mənsubları və fanlar üçün akkreditasiyanın vaxtı açıqlanıb

Eurovision-2012 mahnı müsabiqəsində nümayəndə heyətləri, media  mənsubları və fanlar üçün akkreditasiyanın vaxtı açıqlanıb
# 10 fevral 2012 18:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi və Bakı Crystal Hall-da baş tutacaq Eurovision -2012 mahnı müsabiqəsi ilə bağlı nümayəndə heyətləri, media mənsubları və fanlar üçün akkreditasiyanın başlanma vaxtı açıqlanıb. APA-nn müsabiqənin rəsmi internet saytı eurovision.tv-yə istinadən yaydığı xəbərə görə, akkreditasiya prosesinə fevralın 15-dən, Bakı vaxtı ilə 15:00-dan (Avropa saatı ilə saat 12:00) başlanacaq. Bu proses aprelin 21-i, Bakı vaxtı ilə 02:59-a (Avropa vaxtı ilə saat 23:59, aprelin 20-si) kimi davam edəcək. Hər il olduğu kimi müsabiqəyə akkreditasiya prosesi müsabiqəsinin rəsmi internet saytı olan eurovision.tv Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək. Aprelin 20-dən akkreditasiya prosesi bağlandıqdan sonra bu sistemdən keçən şəxsə akkreditasiyadan keçəcəyinə zəmanət verilmir. Bu yalnız, bəzi istisna hallarda ola bilər.

Xəbərdə bildirilir ki, 57-ci Eurovision müsabiqəsi üçün biletlər və hotellər barədə ətraflı məlumatlar yaxın zamanlarda veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR