Moskvada azərbaycanlı kriminal avtoritet həbs edilib

Moskvada azərbaycanlı kriminal avtoritet həbs edilib
# 13 fevral 2012 09:20 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin mərkəzi federal dairə üzrə Baş İdarəsi bu haqda rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Moskvanın Varşava şosesində yerləşən “Qabal” restoranında Azərbaycanda doğulmuş 1961-ci il təvəllüdlü Mehdiyev Arif Nurəddin oğlu saxlanılıb. A. Mehdiyevin adam və mənzil oğurluğu, eləcə də narkotik alveri ilə məşğul olan azərbaycanlılardan ibarət cinayətkar qrupun lider olduğu bildirilir. Saxlanılarkən o, polisə Azərbaycan vətəndaşına aid saxta pasport göstərib. Onun üzərində 1,23 qram heroin aşkarlanıb. Fakt üzrə cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR