Moskvada 19 bazar bağlanacaq

Moskvada 19 bazar bağlanacaq
# 17 mart 2012 10:16 (UTC +04:00)
APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bunu şəhər meriyasının ticarət və xidmətlər departamentinin rəhbəri Mixail Orlov bildirib. Artıq indiyədək üç bazar bağlanıb.

Onun sözlərinə görə, bağlanması nəzərdə tutulan universal bazarların böyük hissəsinin profilinin dəyişdirilməsi və kənd təsərrüfatı bazarlarına çevrilməsi nəzərdə tutulur. Beləliklə ilin sonunda Moskvada 48 belə obyekt olacaq ki, bundan 42-si kənd təsərrüfatı bazarı olacaq. Qeyd edək ki, artıq 2011-ci ildə Moskva rəhbərliyi 14 bazarı, o cümlədən «Lujniki» və «Emeral» bazarlarını bağlayıb.

Bununla yanaşı, şəhər rəhbərliyi «Severnıy» və «Koptevskaya» bazarlarının səviyyəsini Avropa standartlarına çatdırmaq niyyətindədir. Hazırda bununla bağlı hazırlıq işləri aparılır, bundan başqa 2012-ci ilin mayında «Usaçevskiy» bazarı da tam modernləşdirilərək istifadəyə veriləcək.

Rusiya paytaxtındakı digər obyektlərin də modernləşdirilməsi nəzərdə tutulur. «İnterfaks»ın məlumatına görə, artıq 20 bazarda yeni ticarət infrastrukturunun tikintisi və yerləşdirilməsi üçün işlər aparılır. Bazarlarla yanaşı, Moskva rəhbərliyi çadırlarda yerləşən ticarət obyektləri ilə də məşğul olmaq niyyətindədirlər. Belə ki, 2012-ci ildə belə köşklərin yarıdan çoxu yeni köşklərlə əvəz olunacaq. Artıq 2011-ci ildə şəhərdə 193 yeni çadır köşkü quraşdırılıb.

Qeyd edək ki, şəhərdə qanunsuz pərakəndə ticarəti ilə mübarizəni Moskva meri Sergey Sobyanın başlayıb. Onun təşəbbüsü ilə 2010-cu ildə pozuntularla yerləşdirilmiş küçə köşklərinin ləğvinə başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR