Bərdə rayonuna elektrik enerjisinin verilməsi dayandırılıb

Bərdə rayonuna elektrik enerjisinin verilməsi dayandırılıb
# 31 mart 2012 19:11 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Bu gün Bərdə rayonuna səhər saatlarından elektrik enerjisinin verilişi dayandırılıb. Yerli sakinlərin APA-nın Qarabağ bürosuna verdiyi xəbərə görə, martın 31-i səhər saat 9 radələrindən indiyədək rayonun bütün ərazisində elektrik enerjisi olmayıb. Xəbəri Bərdə Paylayıcı Elektrik Şəbəkəsində təsdiqləyiblər. İdarədən verilən məlumata görə, Bərdə rayonun da qidalandığı yüksəkgərkginlikli elektrik naqillərinin yeniləri ilə əvəzlənməsi məqsədilə müxtəlif istiqamətlərdə təmir-yenidənqurma işləri aparıldığı üçün əhaliyə elektrik enerjisinin verilməsi mümkün olmayıb. Günün sonuna qədər enerji verilişinin bərpa olunması nəzərdə tutulsa da, bu saatadək hələki mümkün olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR