Azərbaycanda saxta sənədi olanlar müəllimlərin işə qəbulu müsabiqəsindən keçə bilməyəcəklər

Azərbaycanda saxta sənədi olanlar müəllimlərin işə qəbulu müsabiqəsindən keçə bilməyəcəklər
# 06 iyul 2012 08:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda saxta təhsil sənədi olanlar müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin son mərhələsindən keçə bilməyəcəklər. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib.

Onun sözlərinə görə, müsabiqənin 3-cü mərhələsində təhsil sənədlərinin ekspertizası aparılacaq: “Son mərhələdə namizədin elektron ərizədə göstərdiyi göstəricilər onları təsdiq edən sənədlərlə tutuşdurulacaq. Bütün diplomlar Təhsil Nazirliyin təhsil sənədləri bazası və tələbə-məzun elektron bazası vasitəsilə yoxlanılacaq. Məlum olacaq ki, sənəd həqiqətən də həmin ali və ya orta ixtisas məktəbi tərəfindən həmin şəxsə verilib, ya yox. Ona görə də saxta sənədlə bu mərhələdən keçmək mümkün deyil”.

F. Qədirov bildirib ki, reqlamentə əsasən, namizədin elektron ərizədə göstərdiyi sənədlər sonradan təsdiqini tapmazsa, onların imtahan nəticələri ləğv edilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR