İyul ayında Çində təbii fəlakət nəticəsində 400-dən artıq insan həlak olub

İyul ayında Çində təbii fəlakət nəticəsində 400-dən artıq insan həlak olub
# 09 avqust 2012 21:54 (UTC +04:00)
Bakı-APA. İyul ayında Çində 400-dən artıq insan təbii fəlakətin qurbanı olub. Daha 91 nəfər isə itkin düşmüş sayılır. Bu barədə Çinin mülki administrasiya nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, şiddətli yağışlar, daşqınlar və güclü külək ölkənin 60 milyondan artıq əhalisinin həyatına təsir edib, təxminən 5 milyon insan isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Təbii fəlakət nəticəsində 244 mindən artıq ev dağılıb. Birbaşa iqtisadi ziyan 13,5 milyard dolları ötüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR