Bakıda borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb
16 avqust 2012 11:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyinin əməkdaşları vergi borcu olan daha bir vergi ödəyicisinin əmlakını siyahıya alıblar. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, avqustun 14-də Bakı şəhəri Vergilər Departamenti Vergi borclarının alınması İdarəsinin əməkdaşları Nərimanov rayonu, Ağa Nemətulla küçəsi,23 ünvanda yerləşən, fiziki şəxs Asəf Haqverdi oğlu Əmirova məxsus (VÖEN 1100322712) «Balaca» uşaq geyimləri mağazasında əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər. A.Əmirovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun 2009-cu ilin noyabr ayından bəri 3 513,7 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə və sonuncu dəfə 2012-ci ilin iyul ayının 23-də vergi borcu haqqında bildirişin göndərilməsinə baxmayaraq, vergi ödəyicisinin dövlət büdcəsinə olan borcları ödənilməyib. Buna görə də avqustun 10-da Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi A.Əmirova məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, vergi orqanı əməkdaşları tərəfindən ona məxsus «Balaca» uşaq geyimləri mağazasında 3 555 manat məbləğində müxtəlif növ uşaq geyimlərinin müvafiq qaydada siyahıya alınması həyata keçirilib.
Sahibkarlıq
Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq
12:55
21 may 2024
Azərbaycanda zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
11:40
21 may 2024
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
10:30
21 may 2024
Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib
15:26
20 may 2024